MÜSAHİBƏ

        AZƏRBAYCAN DIASPORUNUN YENI HƏDƏFLƏRI

Qalib Ağayev: “Milli diasporumuz hansı ölkədə fəaliyyət göstərməsinə baxmayaraq,  onlar hər zaman Azərbaycanla körpü rolunda çıxış etməlidirlər”

“Soyuq Müharibə”nin başa çatmasından sonra, dünyada baş verən sosial-ictimai, siyasi və iqtisadi mənzərədə yeni anlayışlar yaranmaqdadır. Xüsusilə millətlərin öz milli kimliyini qorumaqla yanaşı, onu inkişaf etdirmək vacib milli vəzifələrdən biridir. O da bəllidir ki, yurd dışında mövcud olan ən iri diasporumuz məhz Rusiya Federasiyasına məxsusdur. Bu gün diaspor işi ilə məşğul olmaq ən problemli sahələrdən biridir. Fikrimizcə bu yöndə dövlətlə -diasporun dialoqunda əsas prinsiplərdən biri də xaricdəki soydaşlarımız üçün maraqlı olmasına çalışmaq lazımdır. Milli diasporumuzu təmsil edənlərin fikirlərini də bilmək çox önəmlidir. 12.11.2016 - 12:38

        Qalib Ağayev: "Biz yaşadığımız ölkələrdə yalnız Azərbaycanın deyil, eyni zamanda Ümumtürk milli şüurunun daşıyıcıları kimi fəaliyyət göstəririk"

         Artıq üçüncü ildir ki, Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyatı Təşkilatının səyləri nəticəsində Türkiyənin Antalya şəhərində dünyanın müxtəlif ölkələrindən gələn Azərbaycan diaspor təşkilatlarının toplantısı keçirilir. Toplantıda Avropa, Rusiya, Türkiyə, Azərbaycan, İran və s. ölkələrdən qatılanların olması toplantının sanbalını və əhəmiyyətini artırır. Toplantının əsas təşkilatçısı, Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyatı Təşkilatının sədri Qalib Ağayevlə söhbətimizə də bununla bağlı məlumat verməsini xahiş edərək başladıq...


- Sovet filmində olan kimi biz də hər il diaspor aktivləri ilə birlikdə Antaliyaya səfər edirik. Bu il üçüncü il olacaqdır ki, Rusiyanın müxtəlif regionlarının təşkilat rəhbərləri ilə birlikdə həm münasibətlərimizi və əməkdaşlığımızı sıxlaşdırmaq, həm də istirahət etməyi planlaşdırırıq. Antalya səfərində müxtəlif regionların təşkilat rəhbərləri ilə yanaşı, ictimai xadimlər, alimlər, iş adamları bir yerə toplaşıb 8-10 gün ərzində həm əməkdaşlıq məsələləri qururuq, həm də dincəlirik. 2014-cü ildə Antalyada tanınmış alim, ictimai xadim Heydər İmanovun yubileyini təşkil etdik. 09.11.2016 - 18:17